Bakıda "Sputnik-Azərbaycan" ofisində polis əməliyyatı davam edir - VİDEO
Bakı şəhərində, Elmlər metrosu yaxınlığında yerləşən “Sputnik-Azərbaycan” agentliyinin ofisində hüquq-mühafizə orqanlarının əməliyyat tədbirləri davam edir.
Patrulaz.az-a daxil olan məlumata əsasən, hazırda ofisin qarşısında onlarla polis əməkdaşı cəmləşib. Əraziyə çəkiliş avadanlıqları ilə gəlmiş jurnalistlərin də gözlədiyi müşahidə olunur.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan” informasiya agentliyinin fəaliyyəti rəsmi qaydada dayandırılmışdı. Lakin son günlər agentliyin qeyri-rəsmi şəkildə fəaliyyətini bərpa etdiyi və əməkdaşların ofisə gəldiyi bildirilir.
Hazırda bina tam polis nəzarətindədir və əməliyyatla bağlı araşdırmalar davam edir.