"Bakıxanov qəsəbəsində asfaltı zədələnmiş yol üzrə təmir işlərinə başlanıldı" - RƏSMİ
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində asfaltı zədələnmiş yol nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirirdi.
Patrulaz.az da vətəndaşların şikayətəri üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu göndərmiş, cavabında isə küçənin vəziyyətinin araşdırılmasından sonra yolun təmiri ilə bağlı işlərin başlanıldığı bildirilib:
“Sosial şəbəkə səhifələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yolun asfaltlanması ilə bağlı işlərin natamam saxlanması barədə qaldırılan məsələ Sabunçu Rayon İcra Hakimiyyətində araşdırıldı. Məlumat üçün bildiririk ki, hal-hazırda sözügedən küçədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun təmiri ilə bağlı işlər davam etdirilir”.
Qeyd edək ki, sözügedən ərazidə aprel ayında qazıntı işləri aparılmış, lakin sonradan yolların səlisliyi məqsədilə asfaltın yenilənməsi üzrə işlər görülməmişdi. Hazırda isə Yavər Əliyev küçəsində təmir işləri davam etdirilir.






