media-inshot_20250908_155139449

Bakıxanov ərazisindən Qara Qarayev prospektinə gedən yol uzun müddətdir ki, acınacaqlı vəziyyətdədir.

Patrulaz.az-a daxil olan görüntülər ərazidə yolların çuxurlu və su ilə dolu olduğunu, bu səbəbdən avtobuslar və digər nəqliyyat vasitələrinin hərəkətinin ciddi şəkildə çətinləşdiyini göstərir.

Yolun keyfiyyətsizliyi nəqliyyat vasitələrinin zədələnməsinə səbəb olmaqla yanaşı, ərazidəki sakinlərin gündəlik həyatına da mənfi təsir göstərir. Sərnişinlər və sürücülər artıq yoldan istifadə edərkən narazılıqlarını gizlədə bilmirlər.

Vəziyyəti pisləşdirən digər səbəb isə kanalzasiya sisteminin pozulmasıdır.

Çuxurlardan yığılan su və ərazidəki tullantılar isə antisanitar şərait yaranmasına səbəb olur.

Vətəndaşlar aidiyyatı qrumlardan bu yolun təcili təmiri və uzunmüddətli həll yollarının görülməsini xahiş edirlər. Əks təqdirdə ərazidə vəziyyət daha da pisləşəcək və nəqliyyat fasilələri davam edəcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər