media-inshot_20250912_191009865

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu Baksel küçəsi 55 ünvanında kanalizasiya xəttinin partlaması nəticəsində küçə sular altında qalıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, aparılan təmir işlərindən qısa müddət sonra vəziyyət yenidən əvvəlki halına qayıdıb.

Görüntülərdə əks olunub ki, küçə çökəklikdə yerləşdiyindən kanalizasiyadan sızan sular burada toplanaraq avtomobil yolunu faktiki olaraq gölə çevirib.

Patrulaz.az da məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. İcra Hakimiyyətindən verilən cavabda bildirilib ki, problem barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə məlumat verilib:

“Sorğunuzla bağlı bildiririk ki, məsələ tərəfimizdən aidiyyəti üzrə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edilmişdir”.

Qeyd edək ki, problemin həlli istiqamətində görüləcək tədbirlər Patrulaz.az tərəfindən izlənəcək və Baksel küçəsində kanalizasiya xəttinin təmiri ilə bağlı atılacaq addımlar barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər