media-a5745e58-09c4-4ba4-a22d-7d35fc4abb32

Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində Strep-A bakteriyasının sürətlə yayılması səbəbilə 9 məktəbin müvəqqəti olaraq bağlandığı bildirilib.

Patrulaz.az Yunanıstan mediasına istinadən xəbər verir ki, ilk yoluxma halları epidemiyanın başlanğıc nöqtəsi kimi göstərilən Salonikinin Kalamarya bölgəsindəki bir məktəbdə aşkarlanıb. İnfeksiyaya səbəb olan bakteriyanın qısa müddətdə yayılması nəticəsində həmin bölgədə 3 ibtidai məktəb və 2 uşaq bağçasında dərslər dayandırılıb.
Serres şəhərində də Strep A bakteriyası aşkar edilən 4 məktəb ehtiyat tədbiri olaraq müvəqqəti bağlanıb.
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı (EODY) Strep A bakteriyasının olduqca yoluxucu olduğunu bildirərək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.
Yoluxmuş şəxslərə antibiotik müalicəsinə başladıqdan sonra ən azı 24 saat evdə qalmaq tövsiyə olunub. Səlahiyyətlilər panikaya ehtiyac olmadığını və vəziyyətin nəzarət altında idarə edildiyini bildiriblər.

Ləman Sərraf


Bənzər xəbərlər