media-inshot_20260506_182704308

Milli Onkologiya Mərkəzində (MOM) baş vermiş faciəvi hadisə nəticəsində vəfat edən həkim-radioloq Asif Nəsirli doğulduğu Göyçay rayonunun Qaraxıdır kəndində torpağa tapşırılıb.

Patrul.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, Səhiyyə Nazirliyinin və ictimaiyyətin çoxsaylı nümayəndələri də iştirak edib.

Xatırladaq ki, hadisə 30 aprel 2026-cı il saat 14 radələrində Milli Onkologiya Mərkəzinin Şüa-diaqnostika şöbəsinin birinci mərtəbəsində baş verib. 1988-ci il təvəllüdlü onkoloji xəstə Mübariz Sahib oğlu Əliyev qanunsuz əldə etdiyi partlayıcı vasitəni otağa daxil olaraq partladıb. M.Əliyev hadisə yerindəcə vəfat edib.

Partlayış zamanı ağır bədən xəsarətləri alan Asif Nəsirli bir neçə gün xəstəxanada müalicə olunsa da, 5 may 2026-cı il saat 21:45-də dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda qəsdən adam öldürməyə cəhd (29, 120.2.4) və qanunsuz partlayıcı maddə saxlama (228.1) maddələri ilə cinayət işi açılıb. İstintaqın ilkin rəyinə görə, xəstə həkimi qəsdən öldürmək niyyətində olub.

Qeyd edək ki, Asif Nəsirli 2008-ci ildən MOM-da çalışırdı və ölkədə uşaqlara şüa terapiyası tətbiq edən azsaylı radioloqlardan biri kimi tanınırdı.

media-inshot_20260506_183147015

 


Bənzər xəbərlər