media-inshot_20250903_145049068

Binənin “Bakavtomat” adlanan ərazisində yollar acınacaqlı vəziyyətdədir.

Patrulaz.az-a daxil olan görüntülərdə aydın görünür ki, yol boyu saysız-hesabsız çuxurlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Asfaltın çuxurlu və əlverişsiz olması səbəbindən sürücülər yolun sol hissəsində yerləşən “Oba” marketin önündən keçməyə məcbur olurlar.

Redaksiyamıza şikayətini bildirən vətəndaşın sözlərinə görə, yağışlı havada vəziyyət daha da dözülməz olur:

“Kimisinin maşını burada xarab olur, kimisinin də nömrəsi düşür. Yağış yağanda isə yol hovuza çevrilir”.

Qeyd edək ki, “Bakavtomat” ərazisinin digər yolları da eyni bərbad vəziyyətdədir.

Sakinlər və sürücülər illərdir davam edən bu problemin həlli üçün aidiyyəti qurumlardan təcili tədbir görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər