Binəqədi rayonunun mərkəzində saat 17:30-17:40 aralığında, cəmiyyət içərisində baş verən hadisə orada olanları dərindən təsirləndirib. Belə ki, iki şəxs əlində beysbol taxtası ilə, bir avtomobilin yolunu kəsərək, içindəki şəxsi zorla maşından düşürüb və onu döyməyə başlayıblar.

Patrulaz.az-ın məlumatına görə, yerə yıxılan zərərçəkmişin müdafiəsizliyindən istifadə edən digər 2 şəxs ona ard-arda zərbələr vurub və bu hal şəxsin müxtəlif ciddi bədən xəsarətləri alması ilə nəticələnib.
Bu cür şiddət xarakterli hadisələr, xüsusilə xəstə, yaşlı və hamilə qadınların da olduğu bir mühitdə baş verdikdə, cəmiyyətin təhlükəsizliyi sual doğurmağa başlayır. Belə hadisələr gündüz vaxtı, əhali arasında narahatlıq və qorxu yaratmaqla yanaşı, əxlaqi dəyərlərimizə də ciddi zərbə vurur. Bu davranışların qarşısının alınması, yalnız qanunla deyil, həm də cəmiyyətin kollektiv əxlaqı və fərdi məhsuliyyətləri ilə mümkündür. Ölkənin hər bir üzvü, insanlara hörmətlə yanaşmaq və təhlükəsizliyi təmin etməkdə aktiv rol oynamalıdır.


Bənzər xəbərlər