media-photo-output

Paytaxtın Əhmədli metrosu çıxışında yerləşən geyim mağazasında oğurluq hadisəsi baş verib.

Patrulaz.az-a daxil olan məlumata görə, 11 iyun 14:00 radələrində Bakı şəhəri, Məhəmməd Hadi küçəsi 178 a ünvanında yerləşən ticarət obyektinə bir neçə nəfər, əsasən qaraçı qadınlardan ibarət qrup daxil olaraq satıcıların diqqətini yayındırmaqla müxtəlif məhsulları oğurlayıb.

Hadisə zamanı müşahidə kameralarına düşən görüntülərdə qadınlardan birinin geyim almaq bəhanəsi ilə bir köynəyi askıdan çıxarıb paketə yerləşdirdiyi, digərinin isə 50 manat dəyərində ayaqqabını götürərək tələsik şəkildə mağazanı tərk etdiyi aydın görünür.

Zərərçəkən mağaza sahibi bildirib ki, həmin şəxslər içəri daxil olduqları an onları uzaqlaşdırmağa çalışıblar. Lakin qadınlar qışqırıq və hay-küy salaraq müqavimət göstəriblər:

“Artıq bu, ilk dəfə deyil. Təxminən bir ay əvvəl də oxşar oğurluqla üzləşmişik. Biz aidiyyəti qurumlardan ciddi tədbir görmələrini istəyirik”, – deyə mağaza sahibləri bildiriblər.

Qeyd edək ki, satıcılar bu kimi halların təkrarlanmasından narahat olduqlarını və maddi zərərə görə işlərini davam etdirməkdə çətinlik çəkdiklərini vurğulayıblar. Onlar baş vermiş hadisənin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməsini və dərhal tədbir görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər