Bir vaxtlar məşhur olan bu sosial şəbəkələr artıq istifadə edilmir
İnternetin ilk illərində sosial şəbəkələr bugünkü “TikTok” və “Instagram” kimi nəhəng platformalar deyildi.
Patrulaz.az-ın araşdırmasına görə, o vaxtlar MySpace, Hi5, Friendster kimi saytlar dünyanı birləşdirmək üçün möcüzə sayılırdı. İndi isə onların çoxu tarix səhifəsində qalıb.
“MySpace”
2000-ci illərin ortalarında MySpace musiqiçilər, bloqçular və gənclər üçün virtual cənnət idi. 2008-ci ildə “Facebook”un yüksəlişi ilə populyarlığını itirdi. Sonda dəyişikliklərə ayaq uydura bilmədi və 2011-də demək olar ki, tamamilə sıradan çıxdı.
“Hi5”
Azərbaycan da daxil olmaqla bir çox ölkədə məşhur idi. İnsanlar orada şəkillər paylaşır, musiqi dinləyir, dostluq siyahısı yaradırdılar. Lakin təhlükəsizlik problemləri və mobil dövrə keçidin gecikməsi platformanı geridə qoydu.
“Friendster”
“Facebook”dan əvvəl çox məşhur sosial şəbəkə idi. 2002-ci ildə yaranmışdı, amma server problemləri və texnoloji yenilənmələrin olmaması sayəsində çox sürətlə unuduldu.
“Google+”
Google-un “Facebook”a cavabı olmalı idi, amma istifadəçilər orada “sosial enerji” tapmadı. Platforma 2019-da rəsmi olaraq bağlandı.
Niyə bu şəbəkələr yox oldular?
Texnologiya dəyişdi, insanlar da onunla dəyişdi. Mobil tətbiqlər dövrü başlayanda bu platformalar köhnə interfeysdə ilişib qaldı. Onların yerini daha çevik, vizual və interaktiv sosial şəbəkələr aldı.
Ləman Sərraf






