Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın Paris İqlim Sazişindən çıxmaq qərarını BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərməklə rəsmi şəkildə çatdırdığını bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Quterreşə ayrılma qərarını rəsmən məktubla çatdırdığını bildirən Düjarrik ABŞ-ın 27 yanvar 2026-cı il tarixindən etibarən Paris İqlim Sazişinə tərəf olmayacağını qeyd edib. Müqavilənin 12 dekabr 2015-ci ildə imzalandığını xatırladan Düjarrik ABŞ-ın daha əvvəl 4 noyabr 2020-ci ildə Paris İqlim Sazişindən çıxdığını xatırladıb.


Bənzər xəbərlər