“Bravo” marketdən alınan pendir – VİDEO
18 fevral 2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 1 m 1 ünvanında yerləşən “Bravo” marketdən alınan “ Bizim Yayla Saçaq Pendiri” yararsız vəziyyətdə olub.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumata görə, məhsulun içində naməlum qara ləkələr mövcuddur və ümumi görüntüsü qida qəbulu üçün qəbuledilməz vəziyyətdədir.
Vətəndaş haqlı olaraq ona dəymiş olan maddi zərərlə yanaşı, qida məhsuluna qarşı məsuliyyətsiz yanaşmanın insanların sağlamlığında da ciddi problemlərə yol aça biləcəyi üçün qarşılaşdığı neqativ haldan şikayətçi olduğunu bildirib.