Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın Braziliya məhsullarına yüksək gömrük rüsumları tətbiq edəcəyi halda, eyni şəkildə cavab verəcəklərini bəyan edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın ABŞ ilə ikitərəfli əlaqələrin qarşılıqlı hörmətə əsaslanmasını istədiyini bildirən Lula da Silva Braziliyanın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşı olan ABŞ ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyib.

Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı sözlərinə toxunan Lula da Silva ABŞ prezidentinin digər ölkələrin suverenliyinə hörmət etməli olduğunu vurğulayıb.


Bənzər xəbərlər