media-27ab03eb-6b2a-40ae-a761-efd4354c6c6d

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elxan Nəcəfi küçəsi (keçmiş İlqar Əhlimanov 10, 1-ci blok) ünvanında yerləşən bir yaşayış binasında liftin işləməməsi sakinlərin narazılığına səbəb olub.
Patrulaz.az-a verilən məlumata görə, lift idarəsinə müraciət edilsə də, həftə sonu olduğu üçün problemin aradan qaldırılması ilə bağlı heç bir tədbir görülməyib. İdarədən bildirilib ki, işçi olmadığından həftəsonu təmir mümkün deyil.
Belə başa düşürük ki, kimsə liftdə qalarsa şənbə və bazarı orada keçirməli olacaq. Bir sözlə, o günlərdə liftdən istifadə etməli olsanız 2 dəfə düşünməyiniz məsləhətdir.
Vəziyyətin təhlükəli tərəflərini nəzərə alaraq aidiyyatı qurumların bu kimi problemlərin operativ həlli üçün yeni iş qrafiki tərtib etməsi daha məqsədə uyğun görünür.

 


Bənzər xəbərlər