Bu bölgədə bir milyondan çox insan həm işıqsız, həm də susuz qaldı
Karib dənizində yerləşən Puerto Rikoda adası susuz və işıqsız qalıb.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, baş verən genişmiqyaslı elektrik kəsintisi nəticəsində 1,4 milyon insan işıqsız, 328 min nəfər isə susuz qalıb.
Kəsinti xəstəxanalar, otellər və hava limanına da təsir edib. Yerli əhali isə enerji şirkətləri ilə müqavilələrin ləğvini tələb edir.
Qeyd edək ki, bu, son dörd ayda adada baş verən ikinci genişmiqyaslı elektrik kəsintisidir və vəziyyətin hər gün təxminən 230 milyon dollar iqtisadi zərərə səbəb olduğu bildirilir.
Gülbəniz Səfərova