Bu bürclər “yox” dedisə, qərar qətidir - geri addım atmırlar
Bəzi insanlar üçün fikirlərini dəyişdirmək demək olar ki, mümkün deyil. Bir qərar verdikdən və ya nəyisə istədikdən sonra dünya alt-üst olsa belə, geri çəkilməzlər. Astrologiyada “inadkarlıq” deyiləndə dərhal ağla gələn müəyyən bürclər var və onları fikrindən döndərməyə çalışmaq həqiqətən səbr tələb edir.
Patrul.az astroloji məlumatlara əsasən xarakterlərinin gücü ilə dağları belə yerindən oynada bilən, qətiyyətləri ilə həm ilhamlandıran, həm də bəzən məyus edən ən inadkar, qərarından dönməyən bürcləri təqdim edir:
Buğa bürcü
Onların sakit davranışlarının arxasında sarsılmaz bir iradə gizlənir. Buğa üçün sabitlik hər şeydir. Əgər Buğa bürcündən olan bir insan nəyəsə “yox” deyirsə, bunun arxasında uzun düşüncə və daxili mühakimə dayanır. Onların fikrini dəyişdirmək üçün sadəcə məntiqi səbəb kifayət etmir. Bəzən elə qərarlar verirlər ki, bunun səbəbini anlamaq çətin olur. Onları xoş sözlərlə və ya yumşaq davranışla qərarından döndərmək demək olar ki, mümkün deyil. Çünki onlar verdikləri qərarın doğru olduğuna inanırlar.
Əqrəb bürcü
Əqrəblər inadkarlıqlarını açıq şəkildə göstərmirlər. Onların inadkarlığı qarşılarına qoyduqları məqsədə gedən yolda heç vaxt geri çəkilməmələrindən irəli gəlir. Bir qərar verdikdə strateji şəkildə gözləyir və sonda istədiklərinə nail olurlar. Onların ehtirası və qətiyyəti bu yolda ən böyük motivasiyalarıdır. Çox vaxt istədikləri hədəfə təkbaşına və qısa müddətdə çata bilirlər. Lakin bəzən Əqrəblər qərarlarını dəyişə də bilirlər. Bu isə çox vaxt kiməsə inad göstərmək məqsədilə olur. Məsələn, Dubaya getmək istəsə də, tərəfdaşı ilə aralarında inciklik varsa, inad edərək başqa yerə səyahət etməyi seçə bilər.
Şir bürcü
Şir bürcündən olanlar üçün geri çəkilmək bəzən öz mövqelərindən imtina kimi qəbul olunur. Onların qürurlu davranışı və güclü özünəinamı haqlı olduqlarına inandıqları zaman onları çox inadkar edə bilər. Əgər Şir bürcünün fikrini dəyişdirmək istəyirsinizsə, bunu onun qüruruna toxunmadan etməlisiniz. Çünki onlar qürurlu və əyilməz xarakterə malikdirlər. Şirlər yalnız sevdikləri insanların xoş sözlərindən təsirlənərək fikirlərini dəyişə bilərlər. Amma çox vaxt qarşı tərəfi dinləsələr də, yenə də öz bildiklərini etməyə çalışırlar. Onlar təkcə öz həyatlarında deyil, bəzən başqalarının həyatına da təsir göstərməyi sevirlər.
Oğlaq bürcü
“Dağ qayaya rast gələr” ifadəsindəki “qaya” bəzən Oğlaq bürcünün inadını xatırladır. İntizam və ciddiliklə tanınan Oğlaqlar öz qaydalarına və inanclarına çox sadiqdirlər. Onların inadkarlığı əslində güclü iradədən qaynaqlanır. Uğura gedən yolda qarşılarına çıxan maneələri aşmaq bacarıqları bəzən ətrafdakılar tərəfindən həddindən artıq inadkarlıq kimi qəbul edilir. Əgər Oğlaq bir məsələnin doğru olduğuna inanırsa, bunu sona qədər sübut etməyə çalışar. Bu səbəbdən onlarla mübahisə etmək çox vaxt çətin olur, çünki sonda yenə də öz mövqelərini müdafiə etməyə davam edirlər.






