media-f69ef55f-ed07-49ff-8108-c1a7867fa341

Taylandın şimal-şərqində yerləşən Nakon Ratçasima əyalətinə bağlı “Khao Yai” Milli Parkının yaxınlığında qida axtaran “Plai Biang Lek” adlı bir fil marketə daxil olub.


Patrulaz.az-ın xarici mediaya istinadən xəbərinə görə, təhlükəsizlik kamerasının görüntülərində nəhəng filin mağazaya güclə sığdığı və təxminən 10 dəqiqə ərzində rəflərdəki qəlyanaltıları yediyi görünür.

Mağaza sahibi isə fili sapandla qovub. Fil bir müddət qonşu evin həyətində dolaşdıqdan sonra ərazidən uzaqlaşıb.
Mağaza sahibi Ploy açıqlamasında fillərin zaman-zaman həmin ərazidən keçdiyini, lakin ilk dəfə olaraq onlardan birinin mağazaya girərək birbaşa qidaya yönəldiyini bildirib.

Ploy, dükanın təxminən 1000 Baht (təxminən 52 manat) dəyərində maddi zərər gördüyünü, filin isə əsasən düyü çubuqları və toyuq yumurtalarını yediyini qeyd edib.


Bənzər xəbərlər