Bu içki qadınların ömrünü 70 ilə qədər uzadır - Alimlər açıqladı
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, müəyyən bir içkini mütəmadi qəbul edən qadınlar 70 yaşına qədər ciddi xəstəliklər olmadan yaşamaq şansına daha çox sahib olurlar.
Patrulaz.az “Cursorinfo”ya istinadən xəbər verir ki, söhbətin hansı içkidən getdiyi isə “Nutrition 2025” konfransında təqdim olunan elmi araşdırmada açıqlanıb.
Bu genişmiqyaslı araşdırma çərçivəsində alimlər 30 il ərzində 47 min qadının məlumatlarını təhlil ediblər. Məqsəd, fərqli mənbələrdən alınan kofein istifadəsi ilə yaşlılıqda sağlamlıq vəziyyəti arasında əlaqəni müəyyən etmək olub. ”Sağlam yaşlanma” meyarları isə bunlar olub:
– 70 yaşına çatmaq
– Ağırlıqlı xroniki xəstəliklərin olmaması
– Fiziki aktivliyin qorunması
– Zehni və psixoloji rifahın saxlanılması
Nəticələr göstərib ki, kofeinli qəhvənin müntəzəm və orta miqdarda qəbulu sağlam yaşlanma ehtimalını artırır. Hər əlavə fincan qəhvə bu şansı təxminən 2% artırır.
Buna qarşılıq olaraq, çay, kofeinsiz qəhvə və ya kofeinsiz çayın sağlamlıq üzərində müsbət təsiri aşkarlanmayıb. Əksinə, müntəzəm olaraq kola içənlərdə xəstəliksiz qocalma ehtimalı 20% aşağı düşür.
Araşdırmanın baş müəllifi Sara Mahdavi qeyd edib ki, qəhvənin faydası yalnız müəyyən dozada qəbul edildikdə mümkündür və bu təsir çox güclü deyil.
Alimlər əlavə olaraq bildiriblər ki, qəhvə aktiv ömür müddətini uzatmaq üçün universal vasitə deyil. Kofeinin təsiri insanın metabolizmasına, genetikasına və hormonal fonuna bağlıdır.






