Bu kişi 1992-ci ildən bəridir ki, bir qurtum su belə içə bilmir - SƏBƏBİ İSƏ...
Türkiyədə 79 yaşlı kişi 34 ildir su içə bilmir.
Patrul.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Mustafa Akbıyık adlı 79 yaşlı kişi 34 il əvvəl yaşadığı evdə kömür sobasından çıxan dəm qazından zəhərlənib. Hadisə zamanı o, mənzilində yatarkən kömür tüstüsündən zəhərlənib və yalnız qonşusunun xəbər verməsi sayəsində xilas edilib.
Həmin hadisədən sonra Mustafa Akbıyık su içə bilmədiyini söyləyir. Onun sözlərinə görə, 34 ildir (1992-ci ildən bəri) sudan iyrəndiyindən onun əvəzinə çay və qazlı içkilər içir. O, gün ərzində təxminən 15 stəkan çay içdiyini bildirib:
“Komadan çıxdıqdan sonra su içə bilmədim. Evə qayıdanda hələ də qoxu var idi. Ondan sonra su içməkdə çox çətinlik çəkməyə başladım. Bir qurtum içirəm, amma iyrənirəm. Özümü idarə edə bilmirəm”.
Akbıyıkın sözlərinə görə, o, hətta dərman qəbul edərkən də sudan istifadə olunmasına görə çətinlik çəkir:
“Dərman içməli olanda uşaqlarım əllərimdən və ayaqlarımdan tuturlar”, – deyə o, əlavə edib.
Yaşlı kişi bu problemlə bağlı dəfələrlə xəstəxanaya müraciət etdiyini, lakin problemin həll olunmadığını deyib. O, yenə də həkimlərdən kömək gözlədiyini bildirib.
Gülbəniz Səfərova






