Bakının Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində piyadalar təhlükəli vəziyyətdə yol keçməli olur.

Patrulaz.az-ın məlumatına görə, magistral yolda avtomobil axınının çox olması səbəbindən insanlar yolu keçmək üçün uzun müddət gözləməli olurlar və ya həyatlarını riskə ataraq yola çıxırlar. Sakinlərin sözlərinə görə, ərazidə rəsmi piyada keçidinin olmaması həm yaşlı insanların, həm də məktəblilərin və digər piyadaların təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Sürücülər yüksək sürətlə hərəkət etdiyi üçün qəza riski yüksəkdir.
Yerli sakinlər müvafiq qrumlara müraciət edərək, ərazidə rəsmi piyada keçidinin çəkilməsini və piyadaların təhlükəsizliyinin təmin olunmasını xahiş edirlər.


Bənzər xəbərlər