BU ÖLKƏDƏ 3 aydan sonra açılmayan telefonlar yararsız hala düşəcək
Türkiyədə 2025-ci ildə açılmayan telefonlar yararsız hala düşəcək.
Patrulaz.az xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) açıqlama yayıb. Bildirilib ki, 2024-cü ildə istifadəyə verilən, lakin bir il ərzində heç bir siqnal almayan smartfonların qeydiyyatda olan IMEI nömrələri silinəcək və cihazlar tamamilə yararsız hala düşəcək.
Mütəxəssislər istifadəçilərə problem yaşamamaları üçün telefonlarını ən azı bir dəfə açıb-söndürməyi tövsiyə edirlər. Bu zaman cihaz şəbəkəyə siqnal göndərir və IMEI aktiv qalır.
Xatırladaq ki, ötən il də milyonlarla cihazın IMEI-si dayandırılmışdı. Qurumun məlumatına görə, Türkiyədə eyni proses bu il də həyata keçiriləcək.
Qeyd edək ki, IMEI-si dayandırılan telefonları yenidən aktivləşdirmək mümkündür. Bunun üçün Elektron Hökumət portalı üzərindən müraciət edilməli, cihazın sahiblik məlumatları təsdiqlənməlidir. Təsdiqdən sonra IMEI yenidən təyin edilir və telefon istifadəyə açılır.
Gülbəniz Səfərova






