media-9dab4bb9-3d8e-4647-ab91-10c41aea36de

Fransa hökuməti sağalmaz xəstəliyi olan şəxslərin həkimin yazdığı dərmanla könüllü şəkildə həyatlarına son qoymasına icazə verən qanun qəbul edib.

Patrulaz.az “France24″ə istinadən xəbər verir ki, yeni qaydaya əsasən, yalnız 18 yaşdan yuxarı Fransa vətəndaşları və ya ölkədə daimi yaşayanlar bu hüquqdan yararlana biləcək. Tibbi komissiya isə xəstənin vəziyyətinin dözülməz və sağalmaz olduğunu təsdiqləməlidir.

Fransa Prezidenti Emmanuel Makron isə bu qanunun təsdiq edilməsini vacib addım kimi qiymətləndirib

Qeyd edək ki, ağır psixiatrik pozuntuları və Alzheimer kimi neyrodegenerativ xəstəlikləri olan şəxslər bu prosedura daxil edilməyəcək. İddianın təsdiqindən sonra ölümcül dərman evdə, qocalar evində və ya xəstəxanada qəbul edilə bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər