media-inshot_20260330_211418840

Tailandda spirtli içki almaq istəyən şəxslər artıq ayıqlıq testindən keçməli olacaqlar.

Patrul.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı bildirişdə qeyd olunub.

Yeni qaydalar martın 28-dən qüvvəyə minib. Bundan sonra spirtli içki satıcıları alıcıların sərxoş olub-olmadığını yoxlaya və sərxoş vəziyyətdə olanlara satışdan imtina edə biləcəklər.

Nazirlik ayıqlıq səviyyəsini müəyyən etmək üçün üç əsas test və müvafiq meyarlar müəyyən edib. Əgər alıcı bu testlərdən keçə bilməzsə, ona spirtli içki satılmayacaq.

Testlərdən birinə görə, alıcı bir ayaq üzərində dayanaraq digər ayağını yerdən ən azı 15 santimetr qaldırmalı və 30 saniyə balansını saxlamalıdır.

İkinci test zamanı alıcı gözlərini yumaraq barmağı ilə burnuna toxunmalıdır. Bu zaman 1 santimetrdən artıq yanılma qəbul edilmir.

Üçüncü test isə düz xətt üzrə on addım irəliləmək, daha sonra geri dönərək eyni məsafəni qət etməkdən ibarətdir.

Qeyd edək ki, sərxoş müştərilərə spirtli içki satan müəssisələri Tailandda böyük məbləğdə cərimələr gözləyir.


Bənzər xəbərlər