Paytaxt sakinləri “Qara Qarayev” metrostansiyası yaxınlığında, Tofiq Abbasov 132 ünvanında yerləşən “Yaşıl Ada” və “Zil” restoranlarından şikayətlənir.

Patrulaz.az-a daxil olan şikayətlərin əsasında sözügedən restoranların səbəb olduğu səs-küy, yeməkxanalarından çıxan tüstü-duman, gələn qonaqların avtomobillərinin yaratdığı sıxlıq kimi problemlər dayanır. Hətta restoranların yaxınlığında “Şəhidlər” parkı olmasına baxmayaraq, tüstü və havanın natəmizliyi insanların bu parkdan yararlanmasına imkan vermir. Ümumiyyətlə restoranların çox olduğu bütün ərazilərdə vəziyyət eynidir.

Vətəndaşlar “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nin məsələ ilə bağlı tədbir görmələrini istəyirlər.

https://www.youtube.com/watch?v=UOtIGylcecE


Bənzər xəbərlər