Bu şirkət minlərlə işçisini süni intellektə əvəzlədi
Maliyyə texnologiyaları şirkəti Block 4000-dən çox əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, qərarın əsas səbəbi süni intellekt və ağıllı texnoloji alətlərin tətbiqi ilə daha kiçik komandaların daha çox işi yerinə yetirə bilməsi ilə bağlıdır.
Bu barədə “X” platformasının qurucusu və şirkətin təsisçisi Cek Dorsi bildirib.
Dorsi süni intellekt alətlərinin bir çox insanın işini yerinə yetirə bilməsi səbəbilə digər şirkətlərə də bu istiqamətdə kadr sayını azaltmağı tövsiyə edib.
“Kəşfiyyat alətlərinin imkanları hər həftə daha sürətlə artır. Düşünmürəm ki, biz bu məlumatlılığa erkən çatmışıq; əksinə, hesab edirəm ki, əksər şirkətlər gecikir. Düşünürəm ki, gələn il ərzində əksər şirkətlər eyni nəticəyə gələcək və oxşar struktur dəyişiklikləri edəcəklər”, – deyə o, əlavə edib.
Qeyd edək ki, bu hadisə süni intellektin bir çox insanı işsiz qoya biləcəyi məsələsini yenidən gündəmə gətirir.






