media-inshot_20260427_094152935

Alimlər ömrü uzadan vərdişin nə olduğunu açıqlayıblar.

Patrul.az xəbər verir ki, aparılan araşdırmalara görə, müsbət düşüncə tərzinə malik insanların daha uzun ömür sürdüyü müəyyən edilib. Belə ki, optimist şəxslərin pessimist insanlarla müqayisədə 11-15 faiz daha uzun yaşadığı bildirilib.

Qeyd olunub ki, insanın düşüncə tərzi və emosional vəziyyəti onun ömrünə birbaşa təsir göstərir. Müsbət düşüncə və emosiyaları idarə etmək bacarığı həm zehni, həm də fiziki sağlamlığın qorunmasında mühüm rol oynayır.

Mütəxəssislərin fikrincə, stress və qəzəb orqanizmə ciddi ziyan vurur, ürək xəstəlikləri, insult və diabet kimi xəstəliklərin yaranma riskini artırır.

Araşdırmalarda həmçinin qeyd olunub ki, stress hüceyrələrin qocalmasını sürətləndirir, sakit və balanslı həyat tərzi isə bu prosesi ləngidə bilər.

Bu səbəbdən mütəxəssislər nəfəs məşqləri, meditasiya və müntəzəm fiziki aktivlik kimi vərdişlərin gündəlik həyata daxil edilməsini tövsiyə edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər