Bu yolda hər an dəhşətli qəzalar baş verə bilər – VİDEO
Paytaxtın Xocəsən yolunda sürət həddi 80 km/saat olan hissədə asfalt örtüyünün sökülməsi sürücülər üçün ciddi təhlükə yaradır.
Patrulaz.az-a verilən məlumata görə, yolun bu vəziyyətdə olması qəza riskini artırır, xüsusilə həmin hissədən xəbərsiz olan sürücülər üçün təhlükə daha böyükdür. Yolda dərin çuxurlar və dağılmış hissələr mövcuddur. Sürücülər bu maneələri keçmək üçün əks yola çıxmaq məcburiyyətində qalırlar, bu isə həm onların, həm də digər nəqliyyat vasitələrinin hərəkətini təhlükəyə atır. Sürücülər yolun təcili təmir olunmasını və xəbərdarlıq nişanlarının qoyulmasını tələb edirlər. Onların sözlərinə görə, bu vəziyyətin davam etməsi ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.