media-8531dea7-84b7-46e5-a724-bdb2fa52c0f0

Sabunçu rayonu Maştağa qəsəbəsi Məmmədyarov dairəsi yaxınlığındakı yolda piyadaların hərəkəti təhlükə altındadır.

Patrulaz.az-ın verdiyi məlumata görə, Maştağa qəsəbəsi Zabrat-Maştağa Şossesində Məmmədyarov dairəsindən şəhər istiqamətinə gedən yolun sağ tərəfində səkinin olmaması və avtomobillərin yol kənarında park edilməsi piyadaları birbaşa yolun ortası ilə hərəkət etməyə məcbur edir.

Görüntülərdən aydın görünür ki, xüsusilə gecə saatlarında sözügedən yolda piyadaların hərəkəti daha da çətinləşir.

Sakinlər ərazidə səki salınmasını və yol kənarında park edilən avtomobillərlə bağlı tədbir görülməsini xahiş edirlər.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər