media-img_8448

“El arasında qulunc kimi tanınan xəstəlik əslində miozit adlanır. Miozit bir və ya bir neçə qrup əzələnin zəifləməsi,quruması,yorulması, ağrıması və iltihabıdır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

media-ec041e7b-3a51-4c72-9e83-b171b5ba1a7d
O bildirib ki, birdən çox əzələ qrupunda görüləndə polimiozit deyilir: “Miozit her yaşda, hətta uşaqlarda görülə bilər.
Miozitin əmələgəlmə səbəbləri aşağıdakılardır:
-soyuq havada olmaq
-soyuq hava cərəyanında uzun müddət qalmaq (yelçəkəndə)
-əzələlərin uzun müddət eyni pozada qalması (məsələn, sürücülər,skripkaçılar)
-əzələlərin qıcolması və ya travması nəticəsində zədələnməsi
-virus infeksiyalar
-əzələlərin bakterial, parazitar,toksiki və ya autoimmun zədələnməsi
-steroid dərmanların və statinlərin qəbulu
-çox və uzunmüddətli alkoqollu içkilər qəbul edən insanlarda
-tiroid vəzin hormonal disbalansı
-vitamin “D” səviyyəsinin düşməsi
-“Maqnezium” və ya “Calsium” səviyyəsinin pozulması
-əzələ kütləsinin azalması
-Bəzən stress faktoru və s.

Miozit kəskin və xroniki olmaqla iki formada olur. Kəskin forma adətən virus infeksiyalarda, soyuq və travmalar nəticəsində baş verir. Xroniki isə kəskin miozotin müalicə olunmaması zamanı baş verir.
İl ərzində miozitlərlə qarşılaşırıq, lakin yay fəslində kəskin boyun mioziti şikayəti ilə daha çox müraciət olur. Bu isə tez-tez temperatur dəyişikliyi, isinmiş və tərləmiş əzələ qrupunun, əsasən boyunun sərinləşdirici, kondisionerlərlə soyudulması zamanı baş verir.
Pasientin əzələsi bərkiyir, ağrıyır, spastik vəziyyətdə olur, bəzən şişir və hərəkət məhdudluğu əmələ gəlir. Pasyent başını çevirə bilmir, qolunu qaldıra bilmir və həyat fəaliyyəti məhdudlaşır.
Miozitin müalicəsində kəskin və xronik fazada fizioterapevtik proseduralar təyin edilir. Fizioterapevtin əsas məqsədi əzələlərdə spazmı. iltihabı, gərginliyi götürmək, toxumalarda qan dövranını bərpa etmək limfostazı aradan qaldırmaqdan ibarətdir.
Bunun üçün müxtəlif fizioterapevtik müalicə metodları var və fizioterapevt pasientə, fazasına uyğun olan müalicəni və metodu seçir.
Orqanizmə qarşı diqqətli olmaq vacibdir. Hər bir xəstəlik müalicə olunmadıqda proqressivləşir və xroniki vəziyyətə keçir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər