media-7871ff7f-a858-43c3-a753-7dff568bb7a9

ABŞ-nin Luiziana ştatına bağlı Şrivport (Shreveport) şəhərində yerləşən bir quru təmizləmə müəssisəsində çalışan işçilər, Dallasdan göndərilən camaşır yüklərinin arasında mumiyalanmış körpə meyiti tapıblar.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, hadisə polis və məhkəmə ekspertləri tərəfindən çoxşaxəli şəkildə araşdırılır.
Hadisə, çərşənbə axşamı yerli vaxtla saat 21:00 radələrində “Alsco Uniforms” adlı quru təmizləmə şirkətinə daxil olan bir zənglə üzə çıxıb.
İşçilər, camaşırların arasında kiçik bir körpə meyitinə rast gəliblər. Hadisə yerinə gələn polis əməkdaşları körpənin “mumiyalanmış vəziyyətdə” olduğunu və ətrafa yayılan güclü formaldehid qoxusu səbəbilə embalm (mumiyalama) prosesi keçirmiş ola biləcəyini bildiriblər.

Ləman Sərraf


Bənzər xəbərlər