media-inshot_20251020_224915957

Dünyanın ən populyar sosial media platformaları və oyun xidmətlərində yaranmış giriş problemləri narahatlıq yaradıb.

Patrulaz.az xəbər verir ki, problemin Amazon Web Services (AWS) infrastrukturundakı nasazlıqdan qaynaqlandığı bildirilir.

Snapchat, Roblox, Fortnite, Clash Royale, Canva, Amazon Music, Clash of Clans, Duolingo, Coinbase, PlayStation və Pokemon Go kimi platformalar kəsintidən təsirlənib.

“Amazon” məsələ ilə bağlı açıqlama verərək, texniki problemin ABŞ-nin Virciniyadakı Şərqi 1 məlumat mərkəzində baş verdiyini və yaxın vaxtlarda həll olunacağını bildirib.

“Amazon”un bulud hesablama platforması AWS istifadəçilərə və şirkətlərə fiziki server qurmağa ehtiyac olmadan, internet üzərindən güclü serverlərdən istifadə etməyə imkan verir. Bu xidmətlərə yaddaş, server, verilənlər bazası, süni intellekt, məzmunun paylanması və kibertəhlükəsizlik daxil olur.

Qeyd edək ki, AWS hazırda dünyada ən populyar bulud provayderidir və Amazon-un mənfəətinin böyük hissəsini təşkil edir. Milyonlarla şirkət və təşkilatlar kritik onlayn sistemlərini yerləşdirmək üçün AWS-dən istifadə edir və şirkət bulud bazarının ən azı 30%-inə sahibdir.


Bənzər xəbərlər