media-inshot_20250930_170311338

“Hamınızdan Allah rızası üçün xahiş edirəm, zəhmət olmasa çəkilişləri dayandırın”.

Patrulaz.az xəbər verir ki, bu sözləri əməkdar artist Tahir İmanov vəfat edən qardaşı, əməkdar artist Cabir İmanovun Əbu-bəkr məscidində cənazə namazında çəkiliş aparan jurnalistlərə müraciətində deyib.

T.İmanov jurnalistlərə çəkilişləri dayandırmalarını xahiş edərək, bunun dini baxımından da uyğun olmadığını söyləyib:

“Hamınızdan Allah rızası üçün xahiş edirəm, zəhmət olmasa çəkilişləri dayandırın. Siz buradan çıxmayınca, mən cənazəni çıxarmayacağam. Çəkilişləri dayandırın, hər şey dinimizə uyğun olsun. Bunlar dinimizə uyğun deyil. Mən halallıq vermirəm, Cabirin ailəsi halallıq vermir. Kim namaz qılmaq istəyir, qala bilər”, – deyə, T. İmanov bildirib.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, bundan sonra jurnalistlər onun istəyini yerə yerinə yetirərək çəkilişi dayandırıblar.


Bənzər xəbərlər