Cənubi Kipr Rum Administrasiyası İsrailə Yunanıstandan daha çox güvəndiklərini açıqladı
Yunanıstanın müdafiə naziri Palmas Yunanıstanda nəşr olunan “RealNews” qəzetinə verdiyi müsahibədə Pafosda ABŞ tərəfindən təmir edilməsi planlaşdırılan Andreas Papandreu Hərbi Hava Bazası və Mari adasında tikilməkdə olan Mari Hərbi Dəniz Bazası haqqında məlumat paylaşıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Pafosdakı aviabazada İsrailə imtiyaz veriləcəyi vurğulanıb.
Yunanıstanın Cənubi Kiprin Rum İdarəsinə dəstək verməsinin çətin olduğunu vurğulayan müdafiə naziri Palmas deyib: “Yunanlar bizim qardaşımız ola bilər, amma İsrail bizim qonşumuzdur. İsraillilər düz yanımızdadır. Üç dəqiqəyə Kiprə gələ bilərlər”.