Cənubi Koreyada DeepSeek ilə əlaqə saxlamaq mümkün deyil
Cənubi Koreya Xarici İşlər və Ticarət Nazirliyinin əməkdaşları Çinin “DeepSeek” şirkətinin süni intellekt proqramına daxil ola bilməyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər və Ticarət Nazirliyində çalışan personalın “DeepSeek” ilə bağlı açıqlamaları yer alıb. Lakin məsələ ilə bağlı nazirliklərdən hələlik rəsmi açıqlama verilməyib.
Yanvarın 31-də Cənubi Koreya Daxili İşlər Nazirliyi dövlət qurumlarına “DeepSeek” və ChatGPT kimi süni intellekt proqramlarından istifadədə ehtiyatlı olmağı tövsiyə edən bildiriş göndərib.