media-inshot_20251211_080358762

OpenAI və Adobe əməkdaşlıq edərək ChatGPT-yə yeni imkanlar əlavə edib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, artıq istifadəçilər Photoshop, Adobe Express və Acrobat-ın əsas funksiyalarından birbaşa söhbət bölməsində istifadə edə biləcəklər.

Adobe rəsmisi Devid Vadvani bu yeniliyin insanlara yalnız sözlərlə Photoshop-da redaktə etmək imkanı yaradacağını deyib. İnteqrasiya sayəsində istifadəçilər şəkil yükləyib, sadəcə əmrlə parlaqlığı artırmaq, kontrastı dəyişmək, müəyyən hissələri düzəltmək və effekt əlavə etmək kimi işləri görə bilirlər.

Adobe Express ilə dəvətnamə, afişa və loqo hazırlamaq, Acrobat vasitəsilə isə PDF-ləri birləşdirmək və redaktə etmək mümkündür.

Xatırladaq ki, buna bənzər inteqrasiyalar daha əvvəl Canva, Figma, Spotify və Zillow kimi platformalarda da edilmişdi.

Qeyd edək ki, daha geniş və mürəkkəb redaktələr üçün yenə də Adobe proqramlarını ayrıca açmaq lazımdır. ChatGPT sadəcə sürətli və əsas düzəlişləri rahat edir.


Bənzər xəbərlər