media-inshot_20251023_143929907

ABŞ-də 45 yaşlı qadın ChatGPT-nin köməyi ilə 100 min dollarlıq lotereya uduşu qazanıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Miçiqan ştatında baş verib.

Temmi Carvey adlı qadın onlayn şəkildə 1,787 milyard dollarlıq “Powerball” lotereyasında oynayıb. O, bileti doldurmazdan öncə ChatGPT-dən təsadüfi nömrələr ardıcıllığı yaratmağı xahiş edib.

Süni intellekt tərəfindən yaradılan beş rəqəmdən dördü ağ toplara, biri isə qırmızı “Powerball” nömrəsinə uyğun gəlib. Nəticədə Carvey 50 min dollar qazanıb.

Lakin o, bileti alarkən “Power Play” seçimini aktivləşdirdiyi üçün mükafat məbləği ikiqat artaraq 100 min dollara çatıb.

Qalib olduğunu görən Carvey və onun həyat yoldaşı şoka düşüblər:

“Qazanan nömrələri yoxlayanda gördüm ki, dörd ağ top və Powerball uyğun gəlir. Google-da axtardım və 50 min dollar qazandığımı düşündüm. Sonra lotereya hesabıma daxil olanda Power Play seçdiyimi gördüm və həyat yoldaşım inanmaqda çətinlik çəkdi”, – deyə o bildirib.

Yerli mətbuatın məlumatına görə, süni intellekt vasitəsilə lotereyada qalib gələn yeganə şəxs o olmayıb.

Sentyabr ayında Virciniyada yaşayan Carrie Edwards adlı qadın da ChatGPT-nin təklif etdiyi nömrələrlə “Powerball” oynayaraq 150 min dollar qazanıb və bütün uduşunu xeyriyyə məqsədilə bağışlayıb.

media-u4ozilslnmsn30xlc1jn3qzmbxpinvobcww1ucd5_1200


Bənzər xəbərlər