media-inshot_20251104_173808575

İnsanların dərdləşdiyi, müasir dövrün psixoloqu sayılan ChatGPT-yə, o cümlədən digər süni intellekt sistemlərinə, hüquqi və tibbi məsələlərdə məsləhət vermək qadağan edilib. Bu qərar təhlükəsizlik və etibarlılıq baxımından mühüm hesab olunur.

Maraqlıdır ki, bu məhdudiyyətin əsas səbəbi nədir?

Bu barədə texnoloq Elvin Həsənov Patrulaz.az-a açıqlamasında bildirib ki, süni intellektə hüquqi və tibbi məsələlərdə məsləhət vermənin qadağan olunması insan həyatı və hüquqları üçün risk yaratmamaq məqsədi daşıyır:

“ChatGPT və digər süni intellekt əsaslı platformalara hüquqi və tibbi məsələlər barədə məlumat verilməməsinin əsas səbəbi özlərinin də bildirdiyinə əsasən təhlükəsizlik və məsuliyyət prinsipləri ilə bağlıdır. Yəni, istər hüquqi və istərsə də tibb sahələri insan həyatına, sağlamlığına və hüquqlarına birbaşa təsir edən sahələrdir. Ona görədə verilən hər bir tövsiyə və ya qərar ciddi nəticələr doğura bilər. Məsələn, tibbi məlumat əsasında verilən yanlış təfsir bir insanın sağlamlığına zərər verə, hüquqi məsələdə səhv yönləndirmə isə vətəndaşın hüquqlarını poza bilər”.

media-elvin-hesenov-900x675-3

E. Həsənovun sözlərinə görə, süni intellekt məsuliyyət daşıya bilmədiyi üçün insanların təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən məhdudiyyətlər tətbiq olunur:

“Süni intellekt sistemləri isə hələ tam hüquqi məsuliyyət daşıyan subyekt hesab olunmur. Yəni, onun verdiyi məlumatın nəticəsinə görə məsuliyyət daşıyan tərəf yoxdur. Digər tərəfdən, bu sahələrlə bağlı paylaşılan məlumatlar çox vaxt şəxsi və məxfi olur. Süni intellekt alətləri məlumatları emal etdiyinə görə, məxfilik və məlumatların qorunması da böyük məsələdir. Düşünürəm ki, burada məqsəd istifadəçini məhdudlaşdırmaq deyil, həm də onun təhlükəsizliyini təmin etməkdir. Sadə dillə desək, süni intellekt hələ peşəkar məsuliyyət daşıya biləcək səviyyəyə çatmayıb. O, məlumat verə bilər, izah edə bilər, amma qərar verə bilməz. Bu səbəbdən hüquqi və tibbi mövzular üzrə məsləhətləri yalnız ixtisaslı mütəxəssislərdən almaq ən doğru və etibarlı yoldur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər