media-2f5a5212-4272-41af-a938-68b2f776b3ee

Avstraliyanın Cənubi Avstraliya ştatındakı çimərlikdə köpəkbalığı hücumuna məruz qalan bir nəfər ağır yaralanıb.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, polis tərəfindən verilən məlumata görə, hadisə yerli vaxtla saat 09:45 radələrində baş verib. Ştatın paytaxtı Adelaidanın 27 kilometr cənub-qərbində yerləşən çimərlikdə üzən şəxsin köpəkbalığı hücumuna məruz qaldığı barədə məlumat daxil olub və hadisə yerinə təcili yardım qrupları göndərilib.
Açıqlamada, ağır yaralanan şəxsin ilkin tibbi yardımın hadisə yerində göstərildiyi, daha sonra isə xəstəxanaya aparıldığı bildirilib. Çimərlikdəki digər şəxslərin isə təhlükəsizlik məqsədilə ərazidən təxliyə edildiyi qeyd olunub.

Ləman Sərraf


Bənzər xəbərlər