“Arıqlama kofeləri mədə qanamasına səbəb olur” – MÜTƏXƏSSİS
“Günümüzdə bir çox insanlar daha rahat və sürətli çəki vermək üçün müxtəlif üsullara əl atırlar. Belə ki, müxtəlif arıqlama çayları, kofeləri və dərmanlardan istifadə olunur. Hansı ki, onlar sağlamlığa ciddi təsir göstərə bilər. Sözügedən məsulların tərkibində istifadə olunan kimyəvi maddələr orqanizmin təbii funksiyalarını pozur və daxili orqanlaırn sıradan çıxmasına səbəb ola bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, arıqlama çayları və ya kofelərinin əksəriyyəti bir neçə aydan sonra istifadə edən şəxslərdə ciddi mədə qanaması kimi problemlərlə ortaya çıxır: “Bu cür məhsullar mədə-bağırsaq problemləri yaratmaqla yanaşı, onların hərəkətliliyinin pozulması, daxili orqanların funksiyasının pozulmasına da səbəb olur”.