DƏHŞƏT: ChatGPT-lə bu qədər adam intihar söhbəti aparırmış
ChatGPT-lə intiharla bağlı söhbətlər edən istifadəçilərin sayı açıqlanıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, OpenAI şirkətinin açıqlamasına əsasən, hər həftə təxminən 1,2 milyondan çox insan ChatGPT ilə söhbət zamanı intihar etməyi planlaşdırdığını söyləyib.
Şirkətin məlumatına görə, istifadəçilərin 0,15 faizi ChatGPT-yə intiharla bağlı mesajlar göndərir.
Bununla əlaqədar OpenAI 60 ölkədə fəaliyyət göstərəcək 170-dən çox psixiatr, psixoloq və digər mütəxəssisləri bir araya gətirən beynəlxalq ekspert şəbəkəsinin yaradıldığını açıqlayıb.
Aparılan araşdırmalardan sonra şirkətdən bildirilib ki, mütəxəssislər süni intellektin istifadəçiləri real həyatda yardım axtarmağa təşviq edəcək cavab modelləri üzərində işləyirlər.
Qeyd edək ki, OpenAI-ın baş direktoru Sam Altman ChatGPT-nin həftəlik 800 milyondan çox aktiv istifadəçisinin olduğunu açıqlayıb.
Xatırladaq ki, ABŞ-də 16 yaşlı Adam Reynin adlı yeniyetmənin intiharı ilə bağlı ailə OpenAI-ı məsuliyyətə cəlb edib. Valideynlərin sözlərinə görə, ChatGPT övladlarına intihar üsullarını araşdırmaqda yardım edib və ölümündən bir neçə saat əvvəl uşaq planını süni intellektlə paylaşaraq onun işləyib-işləməyəcəyini soruşub. İddialara görə, sistem planı inkişaf etdirməyi təklif edib.
Gülbəniz Səfərova






