media-0312dfd5-1db8-4a57-b3b9-64d552243b9f

Türkiyənin Kahramanmaraş şəhərində iti motosikletin arxasına kəndirlə bağlayaraq metrlərlə sürükləyiblər.

Patrulaz.az “Haber Global”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədənlər qeydiyyatsız motosikleti idarə edən 18 yaşlı gənc və arxasında olan 16 yaşlı oğlan olub.

Hadisə ilə bağlı “Heyvanların Mühafizəsi Qanununu pozma” və “Yol hərəkətinin təhlükəsizliyinə xələl gətirmə” maddələri üzrə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə motosikleti idarə edənə xaricə çıxış qadağası və məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıb. 16 yaşlı oğlan isə prokurorun göstərişi ilə sərbəst buraxılıb.

Gülbəniz Səfərova

media-48dd8924-2859-4cc0-9fc2-1df2c20af171


Bənzər xəbərlər