media-retouch_2025092615241545

Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildən bəri “Formula 1 Qran Pris”ə ev sahibliyi edir. Bu ilin sentyabrın 19-dan 21-ə qədər davam edən yarışma da möhtəşəmliyi ilə keçdi. “Qran Pris” kimi mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edən Azərbaycan bu dəfə III MDB Oyunlarının təşkili ilə idman sahəsində nüfuzunu daha da gücləndirməkdədir.

Maraqlıdır ki, bu cür tədbirlər Azərbaycanın idman dövləti kimi mövqeyini necə təsir edir?

Deputat Bəhruz Məhərrəmov Patrulaz.az-a açıqlamasında bildirib ki, Beynəlxalq idman yarışları yalnız sabit və təhlükəsiz coğrafiyalarda keçirilir və Azərbaycan Prezidentinin sözlərinə görə, ölkəmizə “təhlükəsizlik adası” kimi baxılır:

“Məlumdur ki, beynəlxalq idman yarışlarının təşkili üçün yalnız və yalnız ictimai qayda, ictimai təhlükəsizliyin, sülhün, sabitliyin tam təmin olunduğu coğrafiyalar seçilir. Ötən dövr ərzində Azərbaycan Respublikasının ev sahibliyi etdiyi qlobal məzmuna tədbirlərə nəzər yetirdikdə birmənalı şəkildə demək mümkündür ki, beynəlxalq ictimaiyyət bəzi hallarda bunu dilə gətirməsə belə Azərbaycana möhtərəm Prezidentin təbirincə desək, təhlükəsizlik adası kimi baxır. Bundan başqa heç şübhəsiz ki beynəlxalq yarışların uğurla realizəsi üçün ən azı sabit mühit qədər yüksək təşkilatçılıq da vacib element hesab olunur. Böyük qürurla deyə bilərik ki, Azərbaycan Respublikası bu günə qədər keçirdiyi heç bir tədbirin məzmun və mahiyyətinə xələl gətirəcək təşkilatçılıq problemi müşahidə olunmayıb”.

B. Məhərrəmov bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək istəyi davam edir. Onun sözlərinə görə, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin müddətinin uzadılması və III MDB Oyunlarının ölkəmizə həvalə olunması bir daha sübut edir:

“Ötən dövr ərzində ölkəmizdə həmin tədbirlərin yüksək səviyyəli təşkili zaman-zaman növbəti dəfə gözlərin Azərbaycana yönəlməsi və müxtəlif səviyyəli beynəxalq tədbirlərə ev sahibliyinin Azərbaycana həvalə olunması niyyətlərinə şahidlik edirik. Bu mənada Formula 1 Qran-Prisinin Azərbaycanda təşkili müddətinin daha da uzadılması deyilənləri bir daha sübut edir. III MDB Oyunları da Azərbaycan Respublikasına məhz bu qənaət əsasında həvalə edilib, heç şübhəsiz ki daha öncə qlobal səviyyəli oyunlara və yarışlara ev sahibliyi etmiş Azərbaycan üçün bu tədbirin də uğurla başa çatırılması çətin olmayacaq. Görünən odur ki, bir zamanlar imperialist niyyətlərin toqquşma və ziddiyyət nöqtəsinə çevrilmiş, iri güclərin münaqişələrə hesablaşma üsulu kimi baxdığı coğrafiyamızda cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi-siyasi zəfərlər nəticəsində yaranan yeni reallıqda yalnız və yalnız sülhü, sabitliyi, əməkdaşlığı, sağlam rəqabəti ehtiva edən milli mənafələrə zidd olmayan maraqlara yer var”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər