Donald Tramp: “Xarq adasına hücum etdik, neft olan sahə istisna olmaqla hər şeyi məhv etdik”
ABŞ-ın prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, İranın strateji əhəmiyyətə malik Xarq adasına hücum edilib və neftin yerləşdiyi sahə istisna olmaqla digər bütün obyektlər məhv edilib.
Patrul.az xarici mediaya istinadən xəbır verir ki, Trampın sözlərinə görə, hücum zamanı əsas neft infrastrukturu qəsdən hədəf alınmayıb. O qeyd edib ki, boru xətləri toxunulmaz saxlanılıb.
“Xarq adasına hücum etdik və neftin olduğu sahə istisna olmaqla hər şeyi yox etdik. Boruları saxladıq. Bunu etmək istəmədik. Amma istəsək, bunu da edə bilərik. Beş dəqiqə ərzində hər şey bitər”, – deyə Tramp bildirib.







