media-inshot_20260316_230101176

Yenicə ekrana çıxmış Türkiyə istehsalı olan “Eyni yağışın altında” serialı final edəcək.

Patrul.az xəbər verir ki, Türkiyənin ATV telekanalında yayımlanan serialın finala getməsinə səbəb Mine Çayıroğlunun canlandırdığı Tülin obrazının mühafizəkar bir ailəyə donuz əti təqdim etdiyi səhnə olub. Həmin səhnə sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox izləyici tərəfindən dini və inanc dəyərlərinə hörmətsizlik kimi qiymətləndirilib.

Məlumat üçün bildirək ki, “Aynı Yağmur Altında” (Eyni Yağışın Altında) serialı 9 fevral 2026-cı il tarixində ATV kanalında yayımlanmağa başlayıb. Cəmiyyətdə narazılıq doğuran “donuz əti” səhnəsi isə 16 fevral 2026-cı ildə yayımlanan 2-ci bölümündə ekranlara gəlib.

Bu səhnədən sonra yaranan tənqidlər və reytinqlərin aşağı düşməsi nəticəsində kanal rəhbərliyi serialı 7-ci bölümlə bitirmək qərarı verib.

Baş rollarında Nilsu Berfin Aktaş və Burak Tozkoparanın yer aldığı, həmçinin Hülya Avşar və Fikret Kuşkan kimi tanınmış aktyorların çəkildiyi serialın ekranlara vida edəcəyi bildirilir.

Qeyd edək ki, serialın istehsalçı şirkəti Baba Yapım tənqidlərdən sonra açıqlama yayaraq həmin səhnənin bədii məqsəd daşıdığını və yanlış anlaşıldığını bildirib. Lakin bu açıqlama serialın yayım ömrünü uzatmağa kifayət etməyib.


Bənzər xəbərlər