media-ae6b7397-ee34-40db-9e76-61bdf345bd63

Bakının 8 Noyabr prospektində “Blue Mall”un qarşısında velosiped yoluna avtomobilin park edilməsi narazılığa səbəb olub.

Patrulaz.az xəbər verir ki, hadisə mayın 31-i, saat 18:42 radələrində qeydə alınıb. 10- AF-105 dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı savtomobilin sürücüsü velosiped sürənlərin hərəkətinə maneə yaradaraq, onlar üçün nəzərdə tutulan xüsusi zolaqda öz avtomobilini saxlayıb.

Velosiped sürücüləri məsələ ilə bağlı narazılıqlarını bildiriblər. “Hər dəfə gələndə magistral yola çıxmalı oluram. Qəza olsa, günahkar yenə də mən olacam. Halbuki mən öz yolumla gedirəm, heç kimə mane olmuram. Maşını bu zolaqda saxlayanlar heç kasıb da olmur, həmişə imkanlı adamlar olurlar. Onlara heç söz də demək olmur”, – deyə vəziyyətdən şikayətçi velosiped sürücüsü bildirib.

Əldə olunan fotolardan da aydın görünür ki, sözügedən avtomobil velosiped zolağını zəbt edib.

Qeyd edək ki, paytaxtda son illər velosiped yollarının genişləndirilməsinə baxmayaraq, bəzi sürücülərin bu yolları qanunsuz olaraq parklama yeri kimi istifadə etməsi halları xeyli artıb.

media-1e1f2a0f-e90e-420b-97c7-57018a18238f media-35282640-7d11-4275-8064-d16820bfdaad media-e90e9886-833a-4375-bb1b-8d9be4322175

Gülbəniz Səfərova


Bənzər xəbərlər