media-inshot_20250924_121819006

Çində dünyanın ilk “hamiləlik robotu” hazırlanıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Çində alimlər dünyada ilk dəfə insan ölçüsündə “hamilə robot” yaratmaq üzərində işləyirlər. Humanoid formada olan robotun içərisində süni uşaqlıq yerləşir və onun on ay ərzində döl daşıyıb uşaq dünyaya gətirə biləcəyi bildirilir.

Aparılan işlərlə bağlı Sinqapurdakı Nanyang Texnoloji Universitetindən Dr. Zhang Qifeng bildirib ki, bu robot adi inkubator deyil, onun qarın boşluğundakı süni uşaqlıq konsepsiyadan doğuşa qədər bütün hamiləlik prosesini təkrarlaya biləcək. Döl süni amniotik mayedə inkişaf edəcək və qidalanması göbək kordonuna bağlı boru vasitəsilə təmin olunacaq.

Məlumata görə, süni uşaqlıq texnologiyası artıq heyvanlar üzərində də əhəmiyyətli nəticələr verib. Belə ki, 2017-ci ildə Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları vaxtından əvvəl doğulmuş quzunu “biobaq” adlı süni bətnində böyütməyi bacarıblar. Bu təcrübə süni uşaqlığın real həyatdakı potensialını göstərib. Professor Dr. Zhang bildirib ki, hazırda məqsəd bu texnologiyanı robotun qarın boşluğuna yerləşdirərək insan hamiləliyini təmin etməkdir.

Qeyd edək ki, təxmini qiyməti 13 dollar olan robotun prototipi gələn il təqdim olunacaq. Hələlik isə məsələ barədə hakimiyyət orqanları ilə müzakirələr aparıldığı və qanunvericilik və etik məsələlərin diqqətlə nəzərdən keçirildiyi bildirilib.

Xəbər Çin sosial mediasında böyük  müzakirələrə səbəb olub. İstifadəçilər mövzu ilə bağlı həm tənqidi, həm də müsbət reaksiyalar veriblər. Bəziləri bunun etik məsələlər yaratdığını qeyd etsə də, bir çox istifadəçi süni hamiləlik robotunun qadınların yükünü yüngülləşdirəcəyinə və sonsuzluq problemlərinə həll yolu gətirəcəyinə ümid etdiyini bildirib.media-inshot_20250924_122204734

 

media-inshot_20250924_122325004 media-inshot_20250924_122338103


Bənzər xəbərlər