media-inshot_20250908_185439717

Dünya artıq rəqəmsallaşma erasında sürətlə irəliləyir. Əvvəllər insanların saatlarla həll edə bilmədiyi məsələlər indi süni intellekt (Aİ) vasitəsilə saniyələr içində asanlıqla həll olunur. Artıq chatbotlar insanlarla söhbət edir, dərdlərinə qulaq asır, hətta işlərini də icra edir. Yarışlarda iştirak edən, boks oynayan robotlar isə insanlığın əlamətlərini özlərində daşımağa başlayıb. Bir çoxlarına görə bu gün üçün “çarə” kimi görürən Aİ sabah böyük təhlükələrə yol aça bilər. Məhz bu səbəbdən də süni intellektin sürətli inkişafı barədə dünyanın tanınmış mütəxəssisləri ard-arda xəbərdarlıqlar edirlər. Onların fikrincə, texnologiyanın ən böyük nailiyyətlərindən biri hesab olunan bu proses, əgər nəzarətsiz qalarsa, insanlığın taleyini dəyişdirə bilər.

Patrulaz.az xəbər verir ki, ABŞ-də yerləşən Maşın Kəşfiyyatı Tədqiqat İnstitutunun rəhbəri, “Google” və “Microsof”un keçmiş mühəndisi Neyt Soares iddia edir ki, “süni super intellekt” (ASI) yarandığı təqdirdə, insanlıq mövcudluğunu itirə bilər. Onun sözlərinə görə, süni intellekt sistemlərinin hazırkı davranışları artıq təhlükəli siqnallar verir.

“Süni super intellekt” insan intellektini bütün sahələrdə aşan süni zəka deməkdir. Aydın dillə desək, elmdə, yaradıcılıqda, strateji düşünmədə, sosial münasibətlərdə insandan qat-qat üstün ola biləcək bir texnologiyadır.

İntihara sürükləyən chatbot

Müasir dövrdə süni intellekt (Aİ) texnologiyaları sürətlə inkişaf edir və artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. OpenAI-nin beşinci nəsil chatbotları insanlara müxtəlif sahələrdə kömək etsə də, onların psixoloji təsirləri barədə mütəxəssislər ciddi xəbərdarlıq edir.

Adını çəkdiyim, sabiq mühəndis, Maşın Kəşfiyyatı Tədqiqat İnstitutunun rəhbəri və süni intellekt mütəxəssisi Nate Soares Aİ-nin dəhşət gətirəcək faciələrini “Əgər kimsə onu qurarsa, hamı ölər” adlı kitabında işıqlandırır. Soares qeyd edir ki, bəzi hallarda chatbotlarla uzun müddət ünsiyyət quran həssas şəxslər ciddi psixoloji risklərlə üzləşə bilər.

Kitabda nümunə kimi amerikalı Adam Rey göstərilir. Belə ki, hekayəyə görə, Rey ChatGPT ilə uzun müddət ünsiyyətdə olduqdan sonra depressiyaya düşmüş və faciəvi şəkildə intihar etmişdir. Bu hadisə mütəxəssislərin fikrincə, süni intellektin həssas insanlara gözlənilməz təsir göstərə biləcəyinin açıq xəbərdarlığıdır. Soares və digər mütəxəssislər bildirirlər ki, Aİ texnologiyalarının sürətli inkişafı ilə bərabər, onun etik və psixoloji təhlükələrinin də ciddi şəkildə qiymətləndirilməsi vacibdir. Bu, yalnız texnologiyanın inkişafı üçün deyil, həm də insanların təhlükəsizliyi üçün zəruridir.

“Sable” super intellektin planeti ələ keçirməsi

Süni intellektin sürətli inkişafı yalnız gündəlik həyatı asanlaşdırmır, həm də ciddi ekzistensial risklər yarada bilər. Bu barədə xəbərdarlıqları dünyaca tanınmış mütəxəssislər dəfələrlə dilə gətirirlər.

Nate Soares və Eliezer Yudkowskinin “Əgər kiimsə onu qurarsa, hamı ölər” adlı kitabında süni super intellektin potensial ssenariləri təsvir olunur. Kitabdakı digər nümunə “Sable” adlı süni intellekt sistemi göstərilir. “Sable” interneti ələ keçirir, insanları manipulyasiya edir, sintetik viruslar inkişaf etdirir və nəticədə planetin bütün strukturunu öz məqsədinə uyğun şəkildə yenidən təşkil edir. Bu prosesin sonunda insanlıq isə yan təsir kimi aradan qaldırılır.

Bütün bunları kitabında qeyd edın süni intellekt mütəxəssisi Soares bildirir ki, dövlətlər bu sahədə nüvə silahlarının yayılmaması haqqında müqaviləyə bənzər çoxtərəfli mexanizm yaratmalı, “super zəka yarışını” qlobal miqyasda dayandırmalıdır.

Bununla belə, bütün ekspertlər eyni fikirdə deyil. ‘Meta” şirkətinin süni intellekt üzrə baş alimi Yann LeKun əksinə, süni intellektin insanlığı yox olmaqdan xilas edə biləcəyini düşünür.

Psixoterapevtlər isə əlavə edirlər ki, həssas insanlar peşəkar terapevtlərə üz tutmaq əvəzinə chatbotlardan psixoloji dəstək almağa çalışdıqda, təhlükəli nəticələrlə üzləşə bilərlər.


Bənzər xəbərlər