El Salvador ABŞ-dan cinayətkarları qəbul edəcək
ABŞ dövlət katibi Marko Rubio El Salvador prezidenti Nayib Bukele ilə görüşüb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Bukele ABŞ-da cinayət törədən qeyri-qanuni mühacirlərin El Salvador həbsxanalarına salınmasını təklif edib. Rubio Bukelenin ABŞ vətəndaşlığı və ya yaşayış icazəsi olan təhlükəli cinayətkarları qəbul etməyi təklif etdiyini söyləyib.
Bukele sosial media hesabından verdiyi açıqlamada, ABŞ-a həbsxana sisteminin bir hissəsini xaricdən almaq imkanı təklif etdiyini bildirib: “Biz yalnız məhkum edilmiş cinayətkarları (ABŞ vətəndaşları daxil olmaqla) ödənişli olaraq meqa həbsxanamıza (CECOT) qəbul etməyə hazırıq. ABŞ üçün ödəniş nisbətən aşağıdır, lakin bu, bizim üçün əhəmiyyətli olacaq və bütün həbsxana sistemimizin davamlılığını təmin edəcək”- deyə, o bildirib.
Razılaşma insan haqları müdafiəçilərinin tənqidinə səbəb olub, ABŞ Dövlət Departamenti öz internet saytında verdiyi açıqlamada Salvadorda həbsxanaların həddən artıq dolu, sərt və təhlükəli olduğunu, şərtlərin isə ağır olduğunu bildirib.