media-29393b79-dd0e-41a2-9787-357785ada67e

Nigeriyanın şimalında yerləşən Benue ştatı bir daha silahlı çobanların hədəfinə çevrilib. Ukum Yerli İdarəetmə Bölgəsinə bağlı Afia icmasına edilən son hücum nəticəsində ən azı 11 nəfər həyatını itirib.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə ştatda cəmi beş gün əvvəl 50-dən çox fermerin öldürüldüyü qətliamdan sonra baş verib.

Afia icmasının aparıcı liderlərindən biri olan İyorkyaa Kaave hadisədən sonra verdiyi açıqlamada hücumun “səbəbsiz” olmadığını bildirib.

Kaave bildirib ki, bu hücum “yerli fermerləri torpaqlarından çıxarmağa yönəlmiş bir planın tərkib hissəsidir.”

Ləman Sərraf


Bənzər xəbərlər