Elm adamları Fransada analoqu olmayan abidə aşkarladı
Fransada aparılan arxeoloji qazıntılar zamanı elm adamları əvvəllər heç rast gəlinməmiş unikal bir abidə ilə rastlaşıblar.
Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, kəşf Fransanın Milli Profilaktik Arxeoloji Araşdırmalar İnstitutu tərəfindən, Dijon yaxınlığındakı Marliens qəsəbəsində qeydə alınıb. Qazıntılar Ouh vadisində, çınqıl təbəqələrinin uzandığı ərazidə aparılıb.
“Bu tip abidə daha əvvəl görünməmişdir və onunla müqayisə ediləcək başqa nümunə yoxdur”, – deyə arxeoloqlardan biri bildirib.
Abidənin mərkəzində 11 metr diametrində dairəvi qurğu, onu əhatə edən və bir-birinə paralel yerləşmiş üç iç-içə çəpər və palisad strukturları tapılıb. Qazıntı sahəsindəki artefaktlar və çaxmaqdaşı nümunələri abidənin neolit dövrünə aid olduğunu göstərir.
Qeyd edək ki, bu ərazidə neolitdən I Dəmir dövrünə qədər uzanan yaşayış izləri də aşkarlanıb.






